Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 50102621S seriyalı 4 mln. manatlıq not emissiyası yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 50102621S seriyalı 4 mln. manatlıq not emissiyası yerləşdirilib
# 08 iyul 2009 12:58 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102621S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirakı ilə keçirilən hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 10 004,2 min manat təşkil edib. Sifarişlər 99,88% (gəlirlik 1,54%) – 99,92% (gəlirlik 1,03%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,91% (gəlirlik 1,16%), orta ölçülmüş qiymət isə 99,92% (gəlirlik 1,03%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin avqust ayının 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR