Bank Of Baku

Dow Jones indeksi 0,1%, Nasdaq 0,06% yüksəlib, S&P 500 isə 0,1% enib

Dow Jones indeksi 0,1%, Nasdaq 0,06% yüksəlib, S&P 500 isə 0,1% enib
# 09 iyul 2009 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 8178 bəndədək yüksəlib, S&P 500 0,1% - 879,56 bəndədək enib, Nasdaq isə 0,06% - 1747 bəndədək artıb. «APA-Economics»in məlumatına görə, hərraca neftin ucuzlaşması təsir göstərib. «Microsoft»un «Windows» sisteminin rəqibi olacaq yeni əməliyyat sistemini buraxmağa hazırlaşan «Google» şirkətinin səhmləri hərracın gedişində 1,5% bahalaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,12% - 4140,23 bəndədək, Fransa CAC-40-ı 1,27% - 3009,71 bəndədək, Almaniya DAX-ı isə 0,56% - 4572,65 bəndədək enib. İndekslər Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozu və Avrozona iqtisadiyyatına aid statistik məlumatları fonunda düşüb. Belə ki, BVF 2009-cu ildə dünya ÜDM-in azalmasına dair proqnozunu 1,3%-dən 1,4%-dək artırıb. Avrozonanın iqtisadiyyatı isə cari ilin birinci rübündə 2,5% azalıb ki, bu da 1995-ci ildən sonra ən yüksək azalma göstəricisidir.

Nəticədə, maliyyə və sığorta sektorunda səhmlər ucuzlaşıb. «Banco Santander», UBS, «BNP Paribas», «Aviva», «KBC Groep», «Legal&General», AXA şirkətlərinin qiymətli kağızları 1,9-8,7% dəyərdən düşüb. Bundan əlavə, «Renault»un səhmləri 7,5%, «Peugeot»un 5,1% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3887 dollar (-0,66%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR