Bank Of Baku

Dünya neft bazarında qiymət enməsi davam edir

Dünya neft bazarında qiymət enməsi davam edir
# 09 iyul 2009 07:51 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,51 dollar azalaraq 1 barelə görə 60,42 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,80 dollar azalaraq 60,43 dollar təşkil edib.

ABŞ-ın Energetika Nazirliyinin hesabatına əsasən, iyunun 26-dan iyulun 3-dək ölkədə xam neft ehtiyatları 2,9 mln. barel - 347,3 mln. barelədək azalıb, benzin ehtiyatları isə 1,9 mln. barel - 213,1 mln. barelədək artıb. Bundan əlavə, ABŞ-da neft hasilatı sutkada 5,163 mln. bareldən 5,171 mln. barelədək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR