Bank Of Baku

Dow Jones indeksi 0,06%, Nasdaq 0,31%, S&P 500 isə 0,35% yüksəlib

Dow Jones indeksi 0,06%, Nasdaq 0,31%, S&P 500 isə 0,35% yüksəlib
# 10 iyul 2009 11:44 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. İyulun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,06% - 8184 bəndədək, S&P 500 0,35% - 882,68 bəndədək, Nasdaq isə 0,31% - 1753 bəndədək artıb.

«APA-ECONOMICS»in məlumatına görə, hərraca ABŞ-ın makroiqtisadi göstəriciləri təsir göstərib. Belə ki, ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, iyulun 4-də bitən həftə ərzində ölkədə işsizlik müavinətinin alınması üçün daxil olan ilkin müraciətlərin sayı 52 min - 565 minədək azalıb, halbuki analitiklər bu göstəricinin 610 minədək artacağını proqnozlaşdırırdı. Bununla belə, təkrar müraciətlərin sayı hələ də yüksək səviyyədə olaraq qalır.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,45% - 4158,66 bəndədək, Fransa CAC-40-ı 0,54% - 3025,94 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4630,07 bəndədək yüksəlib. Hərracın gedişində «Daimler» avtomobil konserninin səhmləri 2,7%, «Bayerische Motoren Werke AG»nin qiymətli kağızları 2,2%, Avropanın iri məişət texnikasının istehsalçısı olan «Electrolux AB» şirkətinin səhmləri isə 2,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3976 dollar (+0,06%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR