Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 10 iyul 2009 12:11 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,27 dollar artaraq 1 barelə görə 60,42 dollar təşkil edib. «APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,67 dollar yüksələrək 61,10 dollar təşkil edib.

Qeyd edək ki, hərraca ABŞ-da işsizlik müavinətlərinin alınması üçün daxil olan ilkin müraciətlərin sayının azalması barədə makroiqtisadi göstəricilər təsir göstərib. Müraciətlərin sayının azalması əmək bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsinə işarə edir ki, bu da bazar iştirakçılarının nikbinliyinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR