Bank Of Baku

«Fidan Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Fidan Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 10 iyul 2009 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Fidan Sığorta» ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri isə 20 manat, sayı 20 min ədəd, emissiyanın ümumi həcmi isə 400 min manat təşkil edir.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Çelsi Kapital» MMC çıxış edəcək,
yerləşdirmə isə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi həyata ilə keçiriləcək.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Qeyd edək ki, yerləşdirmə uğurla başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 40% artaraq 1,4 mln. manata çatacaq

Xatırladaq ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Şirkət hazırda 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR