Bank Of Baku

Dow Jones və S&P 500 indeksləri 0,4% enib, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones və S&P 500 indeksləri 0,4% enib, Nasdaq isə 0,2% yüksəlib
# 13 iyul 2009 08:09 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. İyulun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 8146 bəndədək, S&P 500 0,4% - 879,13 bəndədək enib, Nasdaq isə 0,2% - 1756 bəndədək artıb.

«APA-ECONOMICS»in məlumatına görə, hərraca ABŞ-ın Əmək və Ticarət Nazirliklərinin hesabatları təsir edib. Belə ki, ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, iyunda ölkədə idxal olunan malların qiyməti may ayı ilə müqayisədə 3,2% artıb ki, bu da 1990-cı ildən ən yüksək artım göstəricisidir. ABŞ-ın Ticarət Nazirliyi isə bəyan edib ki, ölkədə xarici ticarət kəsiri may ayında 9,8% - 25,96 mlrd. dollaradək düşüb. Bununla bələ, ABŞ-da istehlak etimadının səviyyəsi 64,6 bəndədək enib, halbuki analitiklər bu göstəricini 70,0 bənd səviyyəsinə çatacağını proqnozlaşdırırdılar.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,7% - 4127,17, Fransa CAC-40-ı 1,42% - 2983,10, Almaniya DAX-ı isə 1,16% - 4576,31 bəndədək düşüb. Hərracın gedişində BP-nin səhmləri 0,8%, «Royal Dutch Shell»ın 1%, «StatoilHydro»nun 1,2%, «Total»ın 1,7% ucuzlaşıb. Maliyyə sektoruna gəlincə, UBS bankının qiymətli kağızları 2,4%, «Banco Santander»in 1%, «BNP Paribas»ın 2%, HSBC-in 1%, «UniCredit»in 3,7% dəyərdən düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3972 dollar (-0,03%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR