Bank Of Baku

Dünya bazarında neftin qiyməti bir qədər artıb

Dünya bazarında neftin qiyməti bir qədər artıb
# 14 iyul 2009 07:41 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,2 dollar azalaraq 1 barelə görə 59,69 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar yüksələrək 60,69 dollar təşkil edib.

Bu gün səhər saatlarında isə WTI markalı neftin qiyməti 0,97% (0,58 dollar) - 60,27 dollaradək bahalaşıb, Brent markalı neftin dəyəri isə 0,81% (0,49 dollar) artaraq 1 barelə görə 61,18 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR