Bank Of Baku

Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq isə 2,1% yüksəlib

Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq isə 2,1% yüksəlib
# 14 iyul 2009 07:56 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 13-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 8332 bəndədək, S&P 500 2,5% - 901,05 bəndədək, Nasdaq isə 2,1% - 1793 bəndədək artıb.

«APA-Economics»in məlumatına görə, hərracın gedişində «Bank of America»nın səhmləri 9,1%, «Citigroup»un 6,5%, «J.P. Morgan Chase»in 7,3%, «Intel» və «Johnson&Johnson» müvafiq olaraq 2,8% və 1,3% bahalaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,82% - 4202,13 bəndədək, Fransa CAC-40-ı 2,31% - 3052,08 bəndədək, Almaniya DAX-ı isə 3,19% - 4722,34 bəndədək yüksəlib. Almaniyanın «Porsche» avtomobil şirkətinin qiymətli kağızları 9,7%, «Royal Philips Electronics»in 7,3% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3968 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR