Bank Of Baku

Avropa İttifaqının TACİS proqramı çərçivəsində təlim kurslarına başlanılıb

Avropa İttifaqının TACİS proqramı çərçivəsində təlim kurslarına başlanılıb
# 14 iyul 2009 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyul ayının 13-dən avqust ayının 7-dək Avropa İttifaqının Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım (TACİS) proqramı çərçivəsində Ticarət və investisiya mühitinin yaxşılaşdırılması layihəsi üzrə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinin (MDM) əməkdaşları üçün Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (İFRS) üzrə təlim kurslarına başlanılıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, təlim kurslarının təşkil edilməsində əsas məqsəd QKDK, MDM və BFB-nin əməkdaşlarının beynəlxalq maliyyə standartları, onların tətbiqi imkanları və analitik təhlili üzrə potensialının gücləndirilməsindən ibarətdir.

Qeyd edək ki, yuxarıda qeyd edilən layihə çərçivəsində 2010-cu ilin sonunadək qiymətli kağızlar bazarında nəzarət mexanizmləri, bazar manipulyasiyalarının qarşısının alınması, bazarda hesablaşmalar və klirinq fəaliyyəti, birja işinin təşkili, risklərin idarə edilməsi və digər bu kimi mövzular üzrə silsilə təlim kurslarının keçirilməsi, həmçinin qiymətli kağızlar bazarının tənzimlənməsinə dair ən yaxşı təcrübələrdən yararlanmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrə təlim səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR