Bank Of Baku

Sabah Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Sabah Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 14 iyul 2009 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, notların ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan notların həcmi 4 mln. manat və bir notun nominal dəyəri isə 200 manat təşkil edir. Həmçinin, notların dövlət qeydiyyat №-si 50102721S, ödənilmə tarixi bu ilin avqust ayının 12-dək, tədavül müddəti isə 28 gündür.

Qeyd edək ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR