Bank Of Baku

«AZEL» QSC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılır

«AZEL» QSC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılır
# 14 iyul 2009 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 15-dən etibarən Bakı Fond Birjasında (BFB) «AZEL» QSC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsi prosesinə başlanılacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, sayı 30 min ədəd, istiqraz üzrə gəlirlilik 14%, tədavül müddəti 730 gün, emissiyanın ümumi həcmi isə 3 mln. dollar təşkil edir.

İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində «Yapi Kredi İnvest» MMC çıxış edəcək, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə həyata keçiriləcək.

İstiqrazlar əldə etmək istəyən şəxslər BFB-nın üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR