Bank Of Baku

Bu gün Bakı Fond Birjasında qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 14 iyul 2009 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10304922S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifarişlər 3 investor tərəfindən təqdim olunub və sifarişin nominal üzrə ümumi məbləği 6 228 600 manat təşkil edib.

Sifarişlər 98,91% (gəlirlik 2.21%) və 98,99% (gəlirlik 2,05%) qiymət intervalında təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,91% (gəlirlik 2,21%) orta ölçülmüş qiymət 98,95% (gəlirlik 2,13%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Qeyd edək ki, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 228 600 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 12 Yanvar 2010-cu il, tədavül müddəti isə 182 gündür.

Xatırladaq ki, istiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR