Bank Of Baku

AİF-in istiqrazlarının növbəti yerləşdirilməsi üzrə hərrac keçirilib

AİF-in istiqrazlarının növbəti yerləşdirilməsi üzrə hərrac keçirilib
# 14 iyul 2009 15:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub və sifarişlərin nominal üzrə ümumi məbləği 15,973 mln. manat təşkil edib.

BFB-dan bildirilib ki, sifarişlər 100.2333% cari qiyməti ilə təqdim edilib. Qeyd edək ki, hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib. İstiqrazların ödəniş tarixi isə 10 may 2016-cı ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR