Bank Of Baku

Dünya bazarında WTI markalı neft ucuzlaşır, Brent markalı neft isə bahalaşır

Dünya bazarında WTI markalı neft ucuzlaşır, Brent markalı neft isə bahalaşır
# 15 iyul 2009 08:11 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,17 dollar azalaraq 1 barelə görə 59,52 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar yüksələrək 60,86 dollar təşkil edib.

ABŞ-ın Neft İnstitutunun məlumatına əsasən, iyulun 3-dən 10-dək ötən dövr ərzində ölkədə xam neft ehtiyatları 1,158 mln. barel - 346,785 mln. barelədək, benzin ehtiyatları 69 min barel - 212,294 mln. barelədək azalıb, neft idxalının həcmi isə 1,303 mln. barel - sutkada 9,487 mln. barelədək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR