Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq isə 0,3% yüksəlib
# 15 iyul 2009 08:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, hərraca «Goldman Sachs» bankının hesabatı təsir göstərib. Belə ki, cari ilin ötən rübü ərzində bankın gəliri rekord səviyyəyə - 13,76 mlrd. dollaradək artıb, xalis mənfəəti isə 2008-2009 maliyyə ilinin I yarım illiyində 46% artaraq 5,25 mlrd. dollara çatıb. Bu məlumatların fonunda «Goldman Sachs»ın qiymətli kağızları 0,1% bahalaşıb.

Makroiqtisadi xəbərlərə gəlincə, ABŞ-da iyunda pərakəndə satış göstəricisi 0,6% artıb, istehsalçıların qiymət indeksi 1,8% yüksəlib ki, bu da 2007-ci ilin noyabrından ən maksimal artımdır.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,85% - 4237,68 bəndədək, Fransa CAC-40-ı 0,98% - 3081,87 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4781,69 bəndədək möhkəmlənib. Hərracın gedişində «Deutsche Bank», «BNP Paribas», «Societe Generale», HSBC, UBS, «UniCredit» banklarının səhmləri 2,1-3,6%, BMW və «Renault» avtomobil şirkətlərinin qiymətli kağızları müvafiq olaraq 5,3% və 4,2% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3980 dollar (+0,09%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR