Bank Of Baku

Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır
# 16 iyul 2009 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,02 dollar artaraq 1 barelə görə 61,54 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,23 dollar yüksələrək 63,09 dollar təşkil edib.

Qeyd edək ki, neftin bahalaşması ABŞ-ın Energetika Nazirliyi tərəfindən ölkənin neft ehtiyatlarına dair hesabatının dərc olunmasından sonra baş verib. Belə ki, hesabata əsasən, iyulun 3-dən 10-dək ötən dövr ərzində ölkədə xam neft ehtiyatları 2,8 mln. barel - 344,5 mln. barelədək azalıb, benzin ehtiyatları 1,5 mln barel - 214,6 mln. barelədək, neftin strateji ehtiyatları isə 0,7 mln. barel - 724,1 mln. barelədək artıb. ABŞ-da neft hasilatının həcmi hesabat dövründə dəyişməz – sutkada 5,171 mln. barel səviyyəsində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR