Bank Of Baku

Dow Jones indeksi 3,07%, S&P 500 2,96%, Nasdaq isə 3,51% yüksəlib

Dow Jones indeksi 3,07%, S&P 500 2,96%, Nasdaq isə 3,51% yüksəlib
# 16 iyul 2009 07:50 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 15-də Amerika fond bazarında Dow Jones indeksi 3,07% - 8616,21 bəndədək, S&P 500 2,96% - 932,68 bəndədək, Nasdaq isə 3,51% - 1862,90 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca analitiklərin proqnozlarını üstələnmiş korporativ xəbərlər təsir göstərib. Nəticədə «Intel» şirkətinin səhmləri 7,3%, «Advanced Micro Devices Inc.»nin 8,7%, «Google Inc.»nin 3,2%, «Microsoft Corp.»un 4,4%, «Cisco Systems»in 5,8% bahalaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,57% - 4346,46 bəndədək, Fransa CAC-40-ı 2,90% - 3171,27 bəndədək, Almaniya DAX-ı isə 3,07% - 4928,44 bəndədək möhkəmlənib.

Hərracın gedişində «Alcatel-Lucent» telekommunikasiya şirkətinin qiymətli kağızları 11%, Almaniyanın «Infineon Technologies AG» və İsveçrənin «STMicroelectronics» şirkətlərinin səhmləri müvafiq olaraq 8,1% və 7,3% artıb. Maliyyə sektoruna gəlincə, «Deutsche Bank»ın kağızları 3,5%, «Barclays»ın 4,7%, HSBC-in 4%, «Banco Santander»in 4,2%, «Societe Generale»nin 4,2%, «Credit Suisse»nin 2,6% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4074 dollar (+0,67%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR