Bank Of Baku

Bakı Fond Birjasında İpoteka Fondunun istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında İpoteka Fondunun istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib
# 17 iyul 2009 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb və hərracda 4 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 3 dəfədən çox üstələyərək 15,973 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilib.

Qeyd edək ki, bu istiqrazların ilk yerləşdirilməsi cari ilin iyun ayının 16-da iyun baş tutub və hərracda 15 mln. manat həcmində istiqraz yerləşdirilib. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 20 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR