Bank Of Baku

Dow Jones indeksi 1,11%, S&P 500 0,86%, Nasdaq isə 1,19% yüksəlib

Dow Jones indeksi 1,11%, S&P 500 0,86%, Nasdaq isə 1,19% yüksəlib
# 17 iyul 2009 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,11% - 8711,82 bəndədək, S&P 500 0,86% - 940,74 bəndədək, Nasdaq isə 1,19% - 1885,03 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca ABŞ-ın əmək bazarındakı vəziyyətinə dair müsbət məlumatlar, həmçinin bir neçə iri bankların, o cümlədən «JPMorgan Chase&Co.»nun rüblük hesabatları təsir edib.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,35% - 4361,84 bəndədək, Fransa CAC-40-ı 0,58% - 3199,68 bəndədək, Almaniya DAX-ı isə 0,58% - 4957,19 bəndədək möhkəmlənib.

Hərracın gedişində HSBC, «Barclays», «Lloyds», «BNP Paribas» və «Societe Generale» banklarının qiymətli kağızları 0,5-3,2% bahalaşıb. Bununla belə, cari ilin birinci yarım illiyində mənfəəti 78,4% - 502 mln. avroyadək azalmış «Nokia» şirkətinin səhmləri 15% dəyərdən düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4124 dollar (+0,36%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR