Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 17 iyul 2009 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,48 dollar artaraq 1 barelə görə 62,02 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar azalaraq 62,75 dollar təşkil edib.

Qeyd edək ki, hava və dəniz daşımalarına mənfi təsir göstərən dünya maliyyə böhranı nəticəsində ABŞ-da neftə olan tələbat son 11 il ərzində minimal səviyyəyə düşüb. Bundan əlavə, Amerika Neft İnstitutunun məlumatına əsasən, cari ilin ilk 6 ayı ərzində ölkədə neft məhsullarının tədarükünün həcmi 5,8% - sutkada 18,7 mln. barelədək enib. Bütün bunlar bazardakı qeyri-sabitliyə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR