Bank Of Baku

Dow Jones indeksi 0,3%, Nasdaq 0,08% yüksəlib, S&P 500 isə 0,04% enib

Dow Jones indeksi 0,3%, Nasdaq 0,08% yüksəlib, S&P 500 isə 0,04% enib
# 20 iyul 2009 07:52 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8744 bəndədək, Nasdaq 0,08% - 1887 bəndədək yüksəlib, S&P 500 isə 0,04% - 940,38 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, hərraca ABŞ şirkətlərinin rüblük hesabatları təsir göstərib. Nəticədə «Google»ın səhmləri 2,8%, «Citigroup»un 0,3%, «Bank of America»nın 2,4%, «General Electric»in 6% ucuzlaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,62% - 4388,75 bəndədək, Fransa CAC-40-ı 0,59% - 3218,46 bəndədək, Almaniya DAX-ı isə 0,43% - 4978,40 bəndədək möhkəmlənib.

Hərracın gedişində HSBC bankının qiymətli kağızları 1,6%, «BNP Paribas»ın 0,6%, BP neft şirkətinin səhmləri 0,6%, «Royal Dutch Shell» və «Total»ın müvafiq olaraq 0,9% və 1,5% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4141 dollar (+0,12%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR