Bank Of Baku

Sabah Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Sabah Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 20 iyul 2009 15:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 21-də Bakı Fond Birjasında (BFB) qeydiyyat №-si 10105022S olan Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hər bir istiqrazın nominal dəyəri 200 manat, ümumi həcmi 20 mln. manat, tədavül müddəti 35 gün və ödəmə tarixi isə bu ilin avqust ayının 25-dəkdir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 80%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR