Bank Of Baku

İyulun 24-də Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 24-də Bakı Fond Birjasında Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 20 iyul 2009 15:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 24-də Bakı Fond Birjasında (BFB) qeydiyyat №-si 10505222S olan Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 200 manat, ümumi həcmi 15 mln. manat, tədavül müddəti 91 gün və ödəmə tarixi isə bu ilin oktyabr ayının 23-dəkdir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 50%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR