Bank Of Baku

Dow Jones və Nasdaq indeksləri 1,2%, S&P 500 isə 1,1% yüksəlib

Dow Jones və Nasdaq indeksləri 1,2%, S&P 500 isə 1,1% yüksəlib
# 21 iyul 2009 07:56 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 20-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8848 bəndədək, Nasdaq 1,2% - 1909 bəndədək, S&P 500 isə 1,1% - 951,13 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, hərraca ABŞ-ın 55 şirkətinin dərc olunmuş hesabatları təsir göstərib. Belə ki, şirkətlərin 71%-in maliyyə göstəriciləri analitiklərin proqnozlarını üstələyib. Bundan əlavə, «Goldman Sachs» bankı S&P 500 indeksinin məqsədli səviyyəsini bu ilin sonuna 1060 bəndədək artırıb. «Goldman Sachs»ın ekspertlərinin fikrincə, S&P 500 indeksinə daxil olan şirkətlərin səhmləri 2009-cu ilin ikinci yarısında daha davamlı artım nümayiş etdirəcək.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,25% - 4443,62 bəndədək, Fransa CAC-40-ı 1,63% - 3270,94 bəndədək, Almaniya DAX-ı isə 1,04% - 5030,15 bəndədək möhkəmlənib.

Hərracın gedişində maliyyə sektorunda fəaliyyət göstərən HSBC, «Lloyds», «UniCredit», «Banco Santander», «Credit Suisse», «BNP Paribas», «Deutsche Bank» qurumlarının səhmləri 2%-6,9% bahalaşıb. Avropanın iri avtomobil istehsalçısı olan «Volkswagen»in qiymətli kağızları isə 5,2% ucuzlaşıb. Buna səbəb «Porshe» şirkəti ilə konsolidasiyanı nəzərdə tutan sövdələşmənin iyulun sonunadək yubanması barədə yayılmış məlumatlar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4212 dollar (+0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR