Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 21 iyul 2009 08:18 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,42 dollar artaraq 1 barelə görə 63,98 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,06 dollar bahalaşaraq 66,44 dollar təşkil edib.

Qeyd edək ki, neft ABŞ iqtisadiyyatının yaxın vaxtlarda bərpa olunacağına dair proqnozları dəstəkləyən Amerika şirkətlərinin müsbət hesabatları fonunda bahalaşır. Bununla belə, enerji daşıyıcılarına olan tələbat aşağı səviyyədə qalır. Analitiklər isə ABŞ-da neft və neft məhsulları ehtiyatlarının artacağını proqnozlaşdırırlar. Nəticədə yaxın vaxtlarda neftin yenidən ucuzlaşmasını gözləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR