Bank Of Baku

Maliyyə Nazirliyinin dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 21 iyul 2009 15:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquliyev - “APA-Economics”. İyulun 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10505122S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan “APA-Economics”-ə verilən məlumata görə, sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 2 106 200 manat təşkil edib. Sifarişlər 97.10% (gəlirlik 2.99%) və 97.18% (gəlirlik 2.91%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 97.10% (gəlirlik 2.99%) orta ölçülmüş qiymət – 97.10% (gəlirlik 2.99%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 000 000 manat məbləğində müəyyən olunub. İstiqraz vərəqələrinin ödəmə tarixi 20 iyul 2010-cu il, istiqrazların tədavül müddəti 364 gündür. İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR