Bank Of Baku

Dow Jones 0,7%, Nasdaq və S&P 500 isə 0,3% yüksəlib

Dow Jones 0,7%, Nasdaq və S&P 500 isə 0,3% yüksəlib
# 22 iyul 2009 07:57 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 8915 bəndədək, Nasdaq 0,3% - 1916 bəndədək, S&P 500 isə 0,3% - 954,58 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, hərraca ABŞ şirkətlərinin müsbət hesabatları təsir göstərib.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,85% - 4481,17 bəndədək, Fransa CAC-40-ı 0,98% - 3302,89 bəndədək, Almaniya DAX-ı isə 1,27% - 5093,97 bəndədək möhkəmlənib. Hərracın gedişində Fransanın «Renault SA» avtomobil şirkətinin səhmləri 5,5%, «British Airways» aviaşirkətinin qiymətli kağızları isə 2,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4192 dollar (-0,14%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR