Bank Of Baku

Neft ucuzlaşır

Neft ucuzlaşır
# 22 iyul 2009 09:29 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,74 dollar artaraq 1 barelə görə 64,72 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar bahalaşaraq 66,87 dollar təşkil edib.

Bu gün səhər isə WTI neftinin qiyməti 0,45 dollar, 1 barelə görə 64,16 dollaradək, Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar - 66,60 dollaradək ucuzlaşıb. Səhər sessiyaya Amerika Neft İnstitutunun hesabatı təsir edib. Hesabata əsasən, iyulun 10-dan 17-dək ölkədə nəinki neftin kommersiya ehtiyatları 3,1 mln. barel artıb, həmçinin benzin və distillatların ehtiyatları da çoxalıb. Bundan əlavə, dünyanın enerji daşıyıcılarının ikinci iri istehlakçısı olan Çində neftin idxalı iyunda may ayına nisbətən 2,8% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR