Bank Of Baku

Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 22 iyul 2009 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın (AMB) 50102821S dövlət qeydiyyat nömrəli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərracda hər bir notun nominal dəyəri 200 manat, ümumi həcmi 5 mln. manat olub. Həmçinin hərraca çıxarılan notların məbləğ 4 mln. manat, tədavül müddəti isə 28 gündür.

BFB-dən bildirilib ki, hərracda iki investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 8 550 800 manat təşkil edir. Sifarişlər 99,92% (gəlirlik 1,03%) qiymətdə təqdim edilib.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,92% (gəlirlik 1,03%) orta ölçülmüş qiymət 99,92% (gəlirlik 1,03%) səviyyəsində AMB tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib, о cümlədən 798 200 manat həcmində qeyri-rəqabətli sifarişlər də daxil olmaqla.
Notların ödəmə tarixi isə 19 Avqust 2009-cu ildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR