Bank Of Baku

Dow Jones 0,4%, S&P 500 0,05% enib, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones 0,4%, S&P 500 0,05% enib, Nasdaq isə 0,5% yüksəlib
# 23 iyul 2009 07:50 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 8881 bəndədək, S&P 500 0,05% - 954,07 bəndədək enib, Nasdaq isə 0,5% - 1926 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, neftin qiymətinin düşməsi nəticəsində «Exxon Mobil» şirkətinin səhmləri 0,6%, «Chevron»un 0,4% ucuzlaşıb. Bank sektoruna gəlincə, «Wells Fargo»nun qiymətli kağızları 3,5%, «Bank of New York Mellon»un 6,1% dəyərdən düşüb. Dərc olunmuş müsbət hesabatın fonunda «Apple» şirkətinin səhmləri 3,4% bahalaşıb.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,28% - 4493,73 bəndədək, Fransa CAC-40-ı 0,07% - 3305,07 bəndədək, Almaniya DAX-ı isə 0,54% - 5121,56 bəndədək möhkəmlənib. Hərracın gedişində Britaniya «Lloyds Banking Group» bankının qiymətli kağızları 1,6%, İsveçrənin «Credit Suisse» və UBS, İsveçin «Nordea Bank»ın 1,1%-1,8% ucuzlaşıb. Fransanın AXA sığorta şirkətinin səhmləri 1,6% dəyərdən düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4214 dollar (+0,16%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR