Bank Of Baku

WTI neftinin qiyməti düşüb, Brent markalı neftin qiyməti isə qalxıb

WTI neftinin qiyməti düşüb, Brent markalı neftin qiyməti isə qalxıb
# 23 iyul 2009 07:57 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,21 dollar azalaraq 1 barelə görə 65,40 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar bahalaşaraq 67,21 dollar olub.

ABŞ-ın Energetika Nazirliyinin hesabatına əsasən, ötən həftə ölkədə benzin ehtiyatları keçən ilin müvafiq dövrünə nisbətən 3% - 215,4 mln. barelədək yüksəlib. Distillatların, o cümlədən soba mazutunun ehtiyatları 1980-ci ildən ən maksimal göstəriciyə - 160,5 mln. barelə çatıb. ABŞ-da neft hasilatının həcmi sutkada 5,171 mln. bareldən 5,176 mln. barelədək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR