Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,3%, Nasdaq isə 2,4% yüksəlib

Dow Jones indeksi 2,1%, S&P 500 2,3%, Nasdaq isə 2,4% yüksəlib
# 24 iyul 2009 07:54 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 23-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 9069 bəndədək, S&P 500 2,3% - 976,29 bəndədək, Nasdaq isə 2,4% - 1974 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, cari ilin ikinci rübündə mənfəəti 1 aksiyaya 54 sent təşkil etmiş ABŞ-ın AT&T iri telefon şirkətinin səhmləri 2,5%, hesabat dövrünü 2,3 mlrd. dollar həcmində mənfəətlə başa vurmuş «Ford» avtomobil konserninin qiymətli kağızları 9,4% bahalaşıb.

Hərraca, həmçinin ABŞ-ın mənzil bazarındakı vəziyyətin yaxşılaşması barədə xəbərlər təsir edib. Belə ki, Amerikanın Rieltor Assosiasiyasının məlumatına görə, iyulda ölkənin təkrar mənzil bazarında satışın həcmi 3,6% artıb və 4,89 mln. ev təşkil edib. Qeyd edək ki, bu göstərici artıq 3 ay ardınca yüksəlir.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 1,47% - 4559,80 bəndədək, Fransa CAC-40-ı 2,08% - 3373,72 bəndədək, Almaniya DAX-ı isə 2,45% - 5247,28 bəndədək möhkəmlənib. Cari ilin birinci yarısında 2,36 mlrd. avro həcmində mənfəət əldə etmiş İsveçrənin «Credit Suisse» bankının səhmləri 5,8% artıb. Qeyd edək ki, ötən ilin analoji dövrünü bank 615,3 mln. avro həcmində zərərlə başa vurmuşdur. Hərracın gedişində HSBC, «Lloyds», «Royal Bank of Scotland» və «Banco Santander» banklarının qiymətli kağızları 2,6%-4,9% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4158 dollar (-0,39%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR