Bank Of Baku

Neftin qiyməti yenidən qalxıb

Neftin qiyməti yenidən qalxıb
# 24 iyul 2009 07:55 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,76 dollar artaraq 1 barelə görə 67,16 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,04 dollar bahalaşaraq 69,25 dollar olub.

Qeyd edək ki, hərraca ABŞ dollarının ucuzlaşması, həmçinin Amerika və Avropanın fond bazarlarında kotirovkaların yüksəlməsi təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR