Bank Of Baku

Bu gün BFB-da Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün BFB-da Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 24 iyul 2009 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10205222S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, sifarişlər dörd investor tərəfindən təqdim olunub və sifarişin nominal üzrə ümumi məbləği 3 183 400 manat təşkil edib.

Sifarişlər 99,57% (gəlirlik 1,73%) və 99,62% (gəlirlik 1,53%) qiymət intervalında təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,57% (gəlirlik 1,73%) orta ölçülmüş qiymət 99,59% (gəlirlik 1,65%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Həmçinin, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 183 400 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, istiqraz vərəqələrinin ödəmə tarixi 23 Oktyabr 2009-cı il, tədavül müddəti isə 91 gündür.

İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR