Bank Of Baku

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 24,5% artıb

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 24,5% artıb
# 27 iyul 2009 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın korporativ qiymətli kağızlar bazarı ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% artıb. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1 903 ədəd əqd bağlanıb ki, bunun da ümumi həcmi 200 615 812 manat təşkil edib. Yanvar-iyun aylarında səhm üzrə 155 532 588 manatlıq 1 870 ədəd əqd bağlanıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Korporativ istiqrazlara gəldikdə, hesabat dövründə 45 083 224 manatlıq 33 əqd qeydə alınıb. Bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

«Dövr ərzində mövcud bazar alətlərinin buraxılışı və ticarəti genişlənib, bütövlükdə həm tələb, həm də təklif cəhətdən canlanma meylləri müşahidə olunmağa başlayıb və bazara müddət və xarakterinə görə yeni alətlər cıxarılıb», - deyə QKDK-dan bildirilib.

Bu dövrdə səhmlərin ilkin yerləşdirməsində 49,8% artım müşahidə olunub ki, bu da bütövlükdə maliyyə sektoru hesabına baş verib. Hesabat dövründə Bakı Fond Birjasında səhmlərin tədavülünün həcmi 238 dəfə artıb ki, bunun da əsas səbəbi ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR