Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3% yüksəlib, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3% yüksəlib, Nasdaq isə 0,4% enib
# 27 iyul 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 9094 bəndədək, S&P 500 0,3% - 979,26 bəndədək yüksəlib, Nasdaq isə 0,4% - 1966 bəndədək enib. «APA-Economics»in məlumatına görə, əvvəlki ticarət günü ərzində Amerika fond indekslərin nəzərə çarpan dərəcədə yüksəlmə müşahidə olunub ki, növbəti gündə investorlar mənfəətin fiksasiyasını etməyə başlayıblar. Bu da qiymətli kağızları üzrə təklifin tələbatdan artıq olması ilə müşayiət olunur ki, nəticədə indekslərin tarazlaşması baş verib.

Avropa bazarlarında iyulun 24-də FTSE 100 indeksi 0,4% - 4576,61 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3366,45 bəndədək, Almaniya DAX-ı isə 0,34% - 5229,36 bəndədək enib. Avropa bazarına mənfi təsir müəyyən korporativ xəbərlər, məsələn dünyanın ən iri mobil telefon istehsalçısı olan “Ericsson” şirkətinin rüblük mənfəətin gözləmələrdən daha aşağı olduğu barədə məlumat investorlar tərəfindən mənfi qarşılanıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4194 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR