Bank Of Baku

AGBI indeksi 0,9736, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9736, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 27 iyul 2009 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0265 bənd və ya 2,65% azalaraq 2009-cu ilin iyul ayının 27-nə 0,9736 təşkil edib. «APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bəndə və ya 0,01% artaraq 1,0001 olub.
İyulun 24-də 3,4 mln. manat miqdarında dövlət istiqrazlarının bir buraxılışı ödənilməklə dövriyyədən çıxarılıb ki, nəticədə istiqrazlar bazarının kapitallaşması enib və bu, AGBI indeksinin azalmasına səbəb olub. ACBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR