Bank Of Baku

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı 41% azalıb

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı 41% azalıb
# 27 iyul 2009 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin I yarısında dövlət qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 40,9% azalma müşahidə olunub. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, azalmanın əsas səbəbi Azərbaycan Mərkəzi Bankının (AMB) iqtisadiyyatda likvidliyi artırmaq məqsədilə pul siyasətini yumşaltması nəticəsində sterilizasiya alətləri olan notların buraxılışını azaltması olub. AMB notların buraxılışını keçən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ üzrə azaltsa da, buraxılışların sayında dəyişiklik baş verməyib.
Hesabat dövrü ərzində dövlət istiqrazlarının buraxılışı ötən ilin analoji dövrü ilə müqayisədə, 2 dəfə artaraq 260 mln. manat, tədavülü isə 8,6 dəfə artaraq 139,4 mln. manat olub.
Cari ilin iyunun 12-də Bakı Fond Birjasında ilk dəfə orta müddətli - 2 illik və 3 illik dövlət istiqrazları yerləşdirilib. Belə ki, 2 illik istiqrazlar üzrə yerləşdirmənin həcmi 6,5 mln. manat, 3 illik istiqrazlar üzrə isə 4,975 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR