Bank Of Baku

Bu ilin ikinci yarısında Azərbaycanda dövlət ipoteka kağızlarının buraxılışı genişləndiriləcək

Bu ilin ikinci yarısında Azərbaycanda dövlət ipoteka kağızlarının buraxılışı genişləndiriləcək
# 27 iyul 2009 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayından Azərbaycan İpoteka Fondunun mexanizmi ilə ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi ilə əlaqədar ilin ikinci yarısında ipoteka kağızlarının buraxılışının genişlənməsi gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) bildirilib. İyun ayı ərzində banklar ipoteka kreditlərinin verilməsini davam etdirib, bununla əlaqədar 55 ipoteka kağızı dövlət qeydiyyatına alınıb.

QKDK-dan, həmçinin bildirilib ki, 2009-cu ilin I yarısında mənzil sertifikatlarının kağızlarının buraxılışı da davam edib. Bu dövrdə 271,7 mln. manat məbləğində 71 742 kvadrat metr sahə üzrə 263 mənzil sertifikatı buraxılıb. Buraxılmış mənzil sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%, həmin sertifikatlar vasitəsilə satılmış əmlakın sahəsi isə 5 dəfə artıb.

Cari ilin ilk yarısında veksellərlə aparılan əməliyyatlar da genişlənib. Belə ki, hesabat dövründə 256,3 mln. manat məbləğində 4 veksel buraxılışı dövlət qeydiyyatına alınıb. Bu da, 2008-ci ilin analoji göstəricilərindən 4,6 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR