Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 5 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 5 mln. manatlıq istiqrazları yerləşdirilib
# 27 iyul 2009 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 10,977 mln. manat təşkil edib. Sifarişlər 100,3417% cari qiyməti ilə təqdim olunub. Nəticədə hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib.
Qeyd edək ki, bu istiqraz üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR