Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəlib
# 28 iyul 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9108 bəndədək, S&P 500 0,3% - 982,18 bəndədək, Nasdaq isə 0,1% - 1968 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bir sıra mənfi korporativ xəbərlər nəticəsində gün ərzində kotirovkaların enməsi müşahidə olunub, lakin açıqlanmış bəzi makroiqtisadi göstəricilər bazara müsbət təsir edib. Məsələn, məlum olub ki, iyun ayında ABŞ-da yeni yaşayış evlərinin satış həcmi may ayı ilə müqayisədə 11% artaraq 384 min ev təşkil edib ki, bu da analitiklərin gözləmələrindən 34 min çoxdur.

Avropa bazarlarında iyulun 27-də FTSE 100 indeksi 0,2% - 4586,13 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3372,36 bəndədək, Almaniya DAX-ı isə 0,4% - 5251,55 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların formalaşmasına, nəticədə indekslərin dinamikasına şirkətlərin hesabat və məlumatları təsir edib, çünki hər hansı ciddi makroiqtisadi xəbər və ya göstəricilərin olmadığı halda həmin məlumatların əhəmiyyəti artır.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4230 (+0,25%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR