Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 28 iyul 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,33 dollar və ya 0,49% artaraq 1 barelə görə 68,38 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyulun 27-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,49 dollar artaraq 70,81 dollar təşkil edib.
Hazırda neft bazarına təsir edə biləcək makroiqtisadi, siyasi və ya digər amillər olmadığından neft bazarı iştirakçılarının diqqəti əsasən ABŞ və Avropa fond bazarlarına yönəlir. Belə ki, iyulun 27-də Amerika və Avropanın əsas fond indekslərin yüksəlməsi neftin qiymətinə müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR