Bank Of Baku

Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb
# 29 iyul 2009 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,68% azalaraq 1 barelə görə 67,23 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyulun 28-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,12 dollar azalaraq 69,69 dollar olub.

Qeyd edək ki, BP şirkəti rüblük hesabatında dünyada enerji daşıyıcılarına olan tələbatın artmasının əlamətlərini görmədiyini bildirib. İyulun 28-də neft bazarına təsir göstərən əsas mənfi amillərdən biri də bu məlumat sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR