Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq isə 0,4% yüksəlib
# 29 iyul 2009 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 9097 bəndədək, S&P 500 0,2% - 979,62 bəndədək enib, Nasdaq isə 0,4% - 1976 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına korporativ xəbərlər və ölkədə istehlak etimadı indeksinin enməsi mənfi təsir göstərib. Belə ki, həmin indeks iyul ayında 46,6 bənd təşkil edib ki, bu da iyundakı göstəricisindən (49,3 bənd) nəzərə çarpan dərəcədə aşağıdır. Qeyd edək ki, analitiklər indeksin 48,2 bənd səviyyəsində olduğunu proqnozlaşdırıblar.

Avropa bazarlarında iyulun 28-də FTSE 100 indeksi 1,25% - 4528,84 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3330,97 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5174,74 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsində əsas amillər neftin ucuzlaşması və “Deutsche Bank”ın mənfəətinin əksər hissəsinin kreditlərin qaytarılmaması ilə bağlı ehtimal olunan zərərlərin ödənilməsi üçün ayrılması barədə məlumatlar hesab olunur. Qeyd edək ki, kreditlərin qaytarılmaması, o cümlədən kredit kartları üzrə problemlərin yaranması analitiklər tərəfindən ümumilikdə Avropa üçün böyük təhlükə sayılır.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4171 (-0,42%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR