Bank Of Baku

AGBI indeksi 0,9597, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9597, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 29 iyul 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0405 bənd və ya 4,05% azalaraq 2009-cu il iyulun 29-na 0,9597 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 olub.
İyulun 28-də məbləği 5 mln. manat olan bir dövlət istiqrazı buraxılışı dövriyyədən çıxarılıb ki, nəticədə istiqrazlar bazarının kapitallaşması aşağı düşüb. Bu azalma da AGBI indeksin enməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR