Bank Of Baku

Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb
# 30 iyul 2009 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 3,88 dollar və ya 5,8% azalaraq 1 barelə görə 63,35 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyulun 29-da ICE London qitələrarası birjasında avqustda ixrac ediləcək Brent markalı neftin 1 barelinin dəyəri isə 3,35 dollar azalaraq 66,53 dollar təşkil edib.
Neftin kəskin ucuzlaşmasının əsas səbəbi ABŞ-da xam neftin ehtiyatlarının artması barədə xəbərin açıqlanması olub. Belə ki, Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə xam neftin ehtiyatları 4,067 mln. barel artıb ki, bu da bazar iştirakçıları üçün gözlənilməz olub. Çünki analitiklər ehtiyatların 1,3 mln. barel azalacağını proqnozlaşdırıb. Ümumilikdə ötən həftə ərzində xam neftin ehtiyatları 4,067 mln. barel artaraq 352,445 mln. barelə, benzin ehtiyatları 47 min barel azalaraq 213,580 mln. barelə, mazut və dizel yanacaq ehtiyatları 116 min barel artaraq 158,946 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR