Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq isə 0,4% enib
# 30 iyul 2009 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9071 bəndədək, S&P 500 0,4% - 975,15 bəndədək, Nasdaq isə 0,4% - 1968 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi əsasən neftin kəskin ucuzlaşması səbəbindən baş verib. Nəticədə həm neft şirkətlərinin səhmləri ucuzlaşıb, həm də investorlar arasında iqtisadi böhranın hələ də zəifləməməsi barədə fikirlər güclənib.

Avropa bazarlarında isə əksinə, indekslərin yüksəlməsi müşahidə olunub. Belə ki, iyulun 29-da FTSE 100 indeksi 0,4% - 4547,53 bəndədək, Fransa CAC-40-ı 1% - 3365,62 bəndədək, Almaniya DAX-ı isə 1,9% - 5270,32 bəndədək yüksəlib. Avropa bazarlarında yüksəlmə əsasən maliyyə sektorunda müşahidə olunub. Məsələn, HSBC, “Barclays”, “Lloyds”, “Royal Bank of Scotland”, “Standard Chartered Bank”, “BNP Paribas”, “Societe Generale” və “Santander” bankların səhmləri 0,6%-dən 3,6%-dək bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4053 (-0,83%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR