Bank Of Baku

Azərbaycanda fond bazarının iştirakçıları arasında birbaşa elektron əlaqələr yaradılır

Azərbaycanda fond bazarının iştirakçıları arasında birbaşa elektron əlaqələr yaradılır
# 30 iyul 2009 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İslam İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr çərçivəsində Milli Depozit Mərkəzinin (MDM) informasiya texnologiyaları bazasının təkmilləşdirilməsi və MDM, Bakı Fond Birjası və broker şirkətləri arasında birbaşa elektron əlaqələrin qurulması planlaşdırılır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə MDM tərəfindən yeni proqram təminatı layihəsi işlənib hazırlanıb. Təklif edilən yeni proqram təminatı qiymətli kağızların tədavülü üzrə əməliyyatların sürətləndirilməsinə, risklərin azaldılmasına, əməliyyatların qeydiyyatının kağız sənəd dövriyyəsinin tədricən ləğv edilməsinə və peşəkar iştirakçılar arasında elektron sənəd dövriyyəsinin tətbiqinə imkanlar yaradacaq.
Qeyd edək ki, hazırda MDM yeni proqram təminatının tətbiqinə başlayıb və brokerlərin proqramla tanışlığı üçün treninqlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR