Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq isə 0,8% yüksəib

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq isə 0,8% yüksəib
# 31 iyul 2009 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 9154 bəndədək, S&P 500 1,2% - 986,75 bəndədək, Nasdaq isə 0,8% - 1984 bəndədək yüksəlib. “APA-Economics”in məlumatına görə, ABŞ fond bazarına müsbət təsir edən amillərdən biri ABŞ-da məşğulluq barədə statistik göstəricilər olub. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən dörd həftə ərzində orta hesabla 559 min olub ki, bu da əvvəlki 4 həftəlik müddətlə müqayisədə 8 250 müraciət azdır. Həmin məlumatlar fond bazarının iştirakçıları tərəfindən müsbət qarşılanıb
Avropa bazarlarında iyulun 30-da FTSE 100 indeksi 1,9% - 4631,61 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3435,49 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5360,66 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi bir sıra iri şirkətlərin hesabatlarının açıqlanmasından sonra baş verib. Nəticədə Britaniya “BT Group”un səhmləri 13%, Fransa-Amerika “Alcatel-Lucent” şirkətinin səhmləri 9,4%, “Volkswagen”in səhmləri 5,7% bahalaşıb. Dünyanın aparıcı dağ-mədən şirkətləri olan “BHP Billiton”, “Anglo American”, “Rio Tinto Group” şirkətlərin səhmləri müvafiq olaraq 5,2%, 4,5% və 7,2% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4085 (+0,23%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR